Qusarda 20 yaşlı qadın dəm qazından boğulub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bədişqala kəndində baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü İndira Mövlud qızı Balabəyova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. İ.Balabəyova ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.