Qusarda toy qaydalarını pozan şəxslər cərimələnib

Qusarda toy qaydalarını pozan şəxslər cərimələnib Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində olan toy şənliklərində nəzarət-profilaktiki tədbirlər keçirilib.
Hadisə
28 İyul , 2021 10:22
Qusarda toy qaydalarını pozan şəxslər cərimələnib

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində olan toy şənliklərində nəzarət-profilaktiki tədbirlər keçirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, bir neçə toy mərasimində karantin rejim qaydalarının pozulması müəyyən edilib.

Bəzi şadlıq evlərində və həyətlərdə təşkil olunmuş palatka məclislərində əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, COVID-19 pasportu olmadan insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimlərinin təşkil edildiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan qaydalara riayət etməyən obyekt sahibləri və həyətlərdə keçirilən məclis təşkilatçıları barədə qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edib.

Son xəbərlər

Orphus sistemi