Qusarda yol qəzası olub, ölən var

Qusarda yol qəzası olub, ölən var Qusar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
1 Sentyabr , 2022 22:46
Qusarda yol qəzası olub, ölən var

Qusar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Şimal bürosunun xəbərinə görə, hadisə Qələcuq kəndində qeydə alınıb.

Quba rayon Dəlləkli kənd sakini Qədirov Baxodir Mamat oğluna məxsus “Opel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı ağaclara çırpılıb.

Qəza zamanı B.Qədirov ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi