Rasim Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib

Rasim Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edərək saxlanılan Rasim Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisə
7 Fevral , 2022 14:15
Rasim Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib

Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə R.Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, rəsmi məlumata əsasən, vətəndaş R.Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb edib.

R.Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılıb və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Fevralın 3-də Rasim Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi