Rusiyadan istirahətə gələn azərbaycanlı ölüb.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Lənkəranda, Xəzər dənizi sahilindəki istirahət məkanında baş verib.
Belə ki, Rusiya Federasiyasında yaşayan, 1964-cü il təvəllüdlü Namik İman oğlu Hüseynov dostları ilə dəniz kənarında yeyib içiblər. Bir müddət sonra o, özünü pis hiss edib və huşunu itirib. Yoldaşları onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Tibbi-profilaktik tədbirlərə baxmayaraq, N.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə olunmaq üçün morqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.