Saatlı sakinini elektrik cərəyanı vurub.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Mircəlal kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1975-ci il təvəllüdlü Astanov Teymur Musaxan oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.