Saatlıda 72 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Saatlıda 72 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB İyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Hadisə
6 İyul , 2024 22:03
Saatlıda 72 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

İyulun 6-da saat 18 radələrində Saatlı rayonu ərazisində 1952-ci il təvəllüdlü Ramiz Ağayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Saatlı rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, araşdırma zamanı 2000-ci il təvəllüdlü Rabil Ağayevin rayonun Dədə Qorqud kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı şüşə parçası ilə xəsarət yetirərək atası Ramiz Ağayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. R.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

19:30

İyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi