Saatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində Qaranuru kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Roman Səfər oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.