Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qıraqlı kənd tam orta məktəbinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, 1973-cü il təvəllüdlü Ədalət Əliyevi avtomobil vuraraq öldürüb. Sürücü isə hadisə yerindən qaçıb.
Hazırda sürücünün kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.