Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Şirinbəy kəndində qeydə alınıb. Belə ki, sakinlər - 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu və 2007-ci il təvəllüdlü Məmmədov Xəyal Pənah oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onları vurub.
Müxtəlif dərəcəli xəsarət alan yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.