Saatlı rayonunda meyiti tapılan şəxsin kimliyi məlum olub.
“Report”un Aran bürosunun məlumatına görə, bugün səhər saatlarında mərkəzi xəstəxananın yaxınlığındakı beşmərtəbəli yaşayış binasında 55-60 yaş arasında kişi meyiti aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Saatlıda aşkarlanan meyitin şəxsiyyəti məlum olub. Bu, rayonun Mollavəzili kənd sakini, 1954-cü il təvəllüdlü Əhliman Əmiraslanovdur.
Səhər saatlarında Saatlı Rayon Mərkəzi Xəstəxanasının yaxınlığındakı beşmərtəbəli yaşayış binasında 55-60 yaşlı kişi meyiti tapılıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinə təhvil verilib. Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdiriməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.