Saatlıda toy qaydalarını pozan şəxs müəyyən olunub

Saatlıda toy qaydalarını pozan şəxs müəyyən olunub Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi ilə profilaktiki söhbətlər aparılıb və mövcud qaydalara ciddi riayət etməsi tapşırılıb.
Hadisə
28 İyul , 2021 10:19
Saatlıda toy qaydalarını pozan şəxs müəyyən olunub

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlərlə rayonun Mustafabəyli kənd sakini E.Nərimanovun təyin olunmuş qaydaları pozaraq evinin həyətində 68 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi ilə profilaktiki söhbətlər aparılıb və mövcud qaydalara ciddi riayət etməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi