Saatlıda yol qəzası olub, xəsarət alanlar var

Saatlıda yol qəzası olub, xəsarət alanlar var Saatlı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
29 Noyabr , 2022 09:24
Saatlıda yol qəzası olub, xəsarət alanlar var

Saatlı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Qazanbatan kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində Saatlı rayon sakinləri, 1995-ci il təvəllüdlü Muradov Tural İlham oğlu və 1982-ci il təvəllüdlü İsmayılov Sadiq Tahir oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

T. Muradovun vəziyyətinin ağırlığı nəzərə alınaraq, o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi