Sabirabadda azyaşlı yanıq xəsarətləri alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Əsədli kəndində qeydə alınıb. Kənd sakini, 2015-ci il təvəllüdlü Soltanlı Əlizamin Zamin oğlu nəzarətsiz olduğundan ehtiyatsızlıq edib və bu zaman onun üstünə qaynar çay tökülüb. Yanıq xəsarətləri alan azyaşlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.