Sabirabadın Qaragüney kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, avtomobil rayonun Nizami kənd sakini, 1995-ci il təvəllüdlü Mansurov Əmrah Qalib oğlunu vurub.
Yaralı aldığı ağır xəsarətdən hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.