Sabirabadda koronavirus xəstəsinin törətdiyi əməl araşdırılır

Sabirabadda koronavirus xəstəsinin törətdiyi əməl araşdırılır Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad rayonu Türkədi kənd sakini Əli Ələsgərova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adıçəkilən
Hadisə
19 Dekabr , 2021 09:44
Sabirabadda koronavirus xəstəsinin törətdiyi əməl araşdırılır

Sabirabad rayonu Türkədi kənd sakini Əli Ələsgərova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adıçəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Ə.Ələsgərovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi