Sabirabadda “QAZel” aşıb, xəsarət alan var

Sabirabadda “QAZel” aşıb, xəsarət alan var Sabirabad rayonunda yol qəzası baş verib.
Hadisə
12 Avqust , 2021 19:01
Sabirabadda “QAZel” aşıb, xəsarət alan var
0 : 00
0 : 00

Sabirabad rayonunda yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Cavad kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Mirzəyev Murad Məhəmməd oğlu idarə etdiyi “QAZel” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil yolun kənarındakı dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıya Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi