Sabirabadda bədbəxt hadisə baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Azadakənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2019-cu il təvəllüdlü T.Əliyev valideynlərinin nəzarətindən yayınaraq qaynar su ilə dolu çaydanı üstünə aşırıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra azyaşlı paytaxt Bakı şəhərinə, xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.