Şabranda 3 yaşlı körpənin qolu sınıb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.
Belə ki, 2018-ci il təvəllüdlü Zabit Nahid oğlu Cəbrayılov sağ mil sümüyünün sınığı diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Azyaşlının yaxınlarının sözlərinə görə, o, həyətdə oynayarkən yıxılıb.
Faktla bağlı araşdırma aparılır.