Şabranda 6 və 8 yaşlı uşaqlar xəsarət alıb

Şabranda 6 və 8 yaşlı uşaqlar xəsarət alıb Şabran şəhər sakinləri velosipedlə hərəkət qaydalarına düzgün əməl etmədiyinə görə yıxılaraq xəsarət alıblar.
Hadisə
10 Avqust , 2021 00:21
Şabranda 6 və 8 yaşlı uşaqlar xəsarət alıb
0 : 00
0 : 00

Şabran şəhər sakinləri velosipedlə hərəkət qaydalarına düzgün əməl etmədiyinə görə xəsarət alıblar.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, şəhərin H.Z.Tağıyev küçəsi ünvanında yaşayan 2013-cü il təvəllüdlü Əliəşrəf Elşad oğlu Soltanlı və Ş.Vahabzadə ünvanında yaşayan 2015-ci il təvəllüdlü Yusif Soltan oğlu Cəfərov ayrı-ayrı ünvanlarda velosipeddən yıxılaraq, xəsarət alması səbəbilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılara sol və sağ qolun sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi