Şabranda xalası oğlunu öldürən şəxsə hökm oxunub

Şabranda xalası oğlunu öldürən şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində Şabranda xalası oğlunu bıçaqlayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Taleh Atamoğlanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
9 Sentyabr , 2021 16:06
Şabranda xalası oğlunu öldürən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Şabranda xalası oğlunu bıçaqlayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Taleh Atamoğlanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report” xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 1-də baş verib.

Belə ki, saat 05 radələrində, Şabran rayonu, Günəşli kənd sakini Əmirov Ələkbər Məzahir oğlunun bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İlkin istintaqla hadisənin zərərçəkmiş şəxsin xalası oğlu 1995-ci il təvəllüdlü Taleh Atamoğlanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Atamoğlanov tutularaq istintaqa cəlb olunub.

Son xəbərlər

Orphus sistemi