Bakıda iki nəfər zəhərlənib.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. 2000-ci il təvəllüdlü Məmmədova Kəmalə Pərviz qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
Zərərçəkən xəstəxanaya çatdırılıb.
Rayonun digər bir ərazisində yaşayan 1995-ci il təvəllüdlü Cəbrayılzadə Qızılgül Ağahüseyn qızı da yaşadığı evdə dəm qazından zəhərlənib. Q.Cəbrayılzadə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.