Bakıda dəm qazından zəhərlənmə hadisələri baş verib.
"Report"un məlumatına görə, hadisələr Sabunçu rayonunun müxtəlif ərazilərində qeydə alınıb.
Bakıxanov qəsəbəsində 2007-ci il təvəllüdlü Şirinova Günay Yadin qızı, 1984-cü il təvəllüdlü Abdulov Sübhan Vurğun oğlu və Nardaran qəsəbəsində 1989-cu il təvəllüdlü Cəbrayılov Həciəli Vahid oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisələrin təfərrüatı araşdırılır.