Bakının Sabunçu rayonunda 3 nəfər dəm qazından zəhərlənib.
"Report"un məlumatına görə, hadisə rayonun müxtəlif ərazilərində qeydə alınıb. Sabunçu qəsəbəsində 1958-ci il təvəllüdlü Alışova Solmaz Kamal qızı, Zabrat qəsəbəsində 1995-ci il təvəllüdlü Əhmədov Allahverdi Məhəbbət oğlu və Əliyar Əliyev küçəsində 1989-cu il təvəllüdlü Əliyeva Aygül Vaqif qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisələr araşdırılır.