Bakıda dəm qazından zəhərlənmə hadisələri baş verib.
"Report"un məlumatına görə, hadisələr Sabunçu rayonunun müxtəlif ərazilərində qeydə alınıb.
M.Məlikov küçəsində 2009-cu il təvəllüdlü Hüseynli Aylin Hüseyn qızı, Ramananın “Südçülük sovxozu” adlanan ərazisində 1982-ci il təvəllüdlü Nəcəfova Gülnar Kərəm qızı, Maştağa qəsəbəsində 2000-ci il təvəllüdlü Allahverdiyeva Aidə Mürşüd qızı və Bakıxanov qəsəbəsində 1999-cu il təvəllüdlü İsmayılova Aygül Zahid qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisələrin təfərrüatı araşdırılır.