Bakıda avtomobil 55 yaşlı piyadanı vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil 55 yaşlı piyadanı vuraraq ağır xəsarət yetirib Bakıda avtomobil 55 yaşlı kişini vuraraq ağır xəsarət yetirib.
Hadisə
4 Yanvar , 2022 05:13
Bakıda avtomobil 55 yaşlı piyadanı vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil 55 yaşlı kişini vuraraq ağır xəsarət yetirib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissəsində piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçən 1967-ci il təvəllüdlü Ələkbərov Məhəmməd Ələkbər oğlunu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub.

M.Ələkbərovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi