Sabunçuda avtomobil motosikletçini vuraraq ayaqlarını sındırıb

Sabunçuda avtomobil motosikletçini vuraraq ayaqlarını sındırıb Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 Dekabr , 2021 06:38
Sabunçuda avtomobil motosikletçini vuraraq ayaqlarını sındırıb

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Maştağa qəsəbəsində 1990-cı il təvəllüdlü Ağakişizadə Cəmil Elxan oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Hadisə zamanı C.Ağakişizadə ağır xəsarətlər alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi