Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinir

Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinir Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Hadisə
29 Noyabr , 2024 09:55
Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinir

Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinir.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 28-i saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi