Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yol qəzası zamanı bir ailənin dörd üzvü - Neftçala rayonunun Muğanqışlaq kənd sakini, 1971-ci il təvəllüdlü Orucova Sədaqət Şamil qızı, onun Lənkəranda yaşayan qızı və nəvələri, 1995-ci il təvəllüdlü Orucova Aybəniz Elman qızı, 2015-ci il təvəllüdlü Oruczadə Şükufə Əliqəm qızı, 2017-ci il təvəllüdlü Oruclu Səid Əliqəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.