Salyanda əri ilə yol qəzasına düşən gənc qadının boynu sındı

Salyanda əri ilə yol qəzasına düşən gənc qadının boynu sındı Bakı-Astara magistral yolunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
11 Aprel , 2021 22:41
Salyanda əri ilə yol qəzasına düşən gənc qadının boynu sındı

Bakı-Astara magistral yolunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü (ad və soyadı dəqiqləşdirilir-red) və həyat yoldaşı, sərnişin - 1992-ci il təvəllüdlü Bağırova Nübar Xanəhməd qızı xəsarət alıblar. Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı N.Bağırovaya boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi