Salyanda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Salyanda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb Salyan şəhərinin mərkəzində baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.
Hadisə
14 İyul , 2023 17:32
Salyanda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Salyan şəhərinin mərkəzində baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil “Toyoto” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində rayonun Qızılağac kənd sakinləri, 1982-ci il təvəllüdlü Nağıyeva Zöhrə Balahəsən qızı, 1989-cu il təvəllüdlü Məmmədov Musa Vaqif oğlu, 1986-cı il təvəllüdlü Nağıyev Rabil Əbülfəz oğlu və 1961-ci il təvəllüdlü Məmmədova Sona Allahverdi qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi