Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü İbrahimzadə Seyidəmir Xaliq oğlu və onun həmyaşıdı Nəcəfov Nadir Tahir oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.