Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Sabirabad rayon sakinləri, 1968-ci il təvəllüdlü Abışov Mübariz Hekayət oğlu və qardaşı, 1970-ci il təvəllüdlü Abışov Əfqan Hekayət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.