Salyanda intihara cəhd edən 30 yaşlı şəxs xəstəxanada ölüb

Salyanda intihara cəhd edən 30 yaşlı şəxs xəstəxanada ölüb Salyan rayonunda intihara cəhd edən 30 yaşlı şəxs xəstəxanada ölüb.
Hadisə
14 İyun , 2023 13:46
Salyanda intihara cəhd edən 30 yaşlı şəxs xəstəxanada ölüb

Salyan rayonunda intihara cəhd edən 30 yaşlı şəxs xəstəxanada ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, intihara cəhd hadisəsi iyunun 11-də rayonun Xalac kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Əkbərov Müşfiq Məhərrəm oğlu həmin günü sirkə turşusu içərək intihara cəhd edib.

M.Əkbərov Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, M.Əkbərovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi