Salyanda məclis təşkil edən şəxs məsuliyyətə cəlb olunub

Salyanda məclis təşkil edən şəxs məsuliyyətə cəlb olunub Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Hadisə
20 İyul , 2021 09:20
Salyanda məclis təşkil edən şəxs məsuliyyətə cəlb olunub

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Qarabağlı kənd sakini Elşad Ələkbərovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq 100 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən beş nəfər şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi