Salyanda yük maşınının altında qalan usta ölüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-cı il təvəllüdlü Sadıqov Vüsal Seyidməmməd oğlu yük maşınını təmir edən zaman digər avtomobil bu nəqliyyat vasitəsinə çırpılıb.
Nəticədə yük maşınının altında qalan usta həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.