Salyanda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Salyanda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var Salyanda baş vermiş yol-nəqliyyat hadisəsində iki qardaş yaralanıb.
Hadisə
1 İyun , 2024 22:52
Salyanda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Salyanda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun Qarabağlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində rayonun Qarabağlı kənd sakinləri – 1980-cı il təvəllüdlü Əliyev Vüsal Karlen oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Əliyev Taleh Karlen oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qardaşlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi