Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsiı baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun Stansiya yaşayış massivinin yaxınlığından keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Gornaboy rayonunun Əlirzalı kənd sakini, 1988-ci il təvəllüdlü Abbasov Elvin Eldar oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.