Şamaxı sakinindən qanunsuz silah-sursat götürülüb

Şamaxı sakinindən qanunsuz silah-sursat götürülüb Şamaxı rayonunda qanunsuz silah-sursat saxlanmasına qarşı əməliyyat keçirilib.
Hadisə
1 Fevral , 2021 12:34
Şamaxı sakinindən qanunsuz silah-sursat götürülüb

Şamaxı rayonunda qanunsuz silah-sursat saxlanmasına qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Qızmeydan kənd sakini S.Sədullayevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 19 ədəd patron aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi