Şamaxıda 32 min manatlıq xırdabuynuzlu heyvan oğurlanıb

Şamaxıda 32 min manatlıq xırdabuynuzlu heyvan oğurlanıb Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində fermalardan xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb.
Hadisə
17 Sentyabr , 2021 12:17
Şamaxıda 32 min manatlıq xırdabuynuzlu heyvan oğurlanıb

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində fermalardan xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Şəhriyar və Sabir qəsəbələrində, eləcə də şəhər ərazisində yerləşən fermalardan ümumi dəyəri 32 min manatdan artıq olan 112 baş xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı polis şöbəsinə müraciətlər daxil olub.

Daxil olan müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxslər, Laçın rayon sakini Elvin Mustafayev, Şamaxı rayon sakinləri - Musa Şirinov, Adəm Abdullayev və Babək Bəyalıyev müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.

Araşdırma zamanı həmin şəxslərin oğurladıqları heyvanları Salyan və Ağdaş rayonlarındakı mal-heyvan bazarlarda satdıqları məlum olub. Onlar ifadələrində əldə etdikləri pulu öz aralarında böldüklərini və Bakı şəhərinə gedərək öz əyləncələrinə xərclədiklərini bildiriblər.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi