Şamaxıda avtomobil piyadanı vurdu

Şamaxıda avtomobil piyadanı vurdu Şamaxı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1 Fevral , 2021 02:07
Şamaxıda avtomobil piyadanı vurdu

Şamaxı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Şamaxı şəhərində qeydə alınıb.

Avtomobil yolu keçən 1972-ci il təvəllüdlü Bədəlov Əhəd Vusal oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Ə.Bədəlovun vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi