Şamaxıda avtomobil yolu keçən qadını vuraraq ağır xəsarət yetirib

Şamaxıda avtomobil yolu keçən qadını vuraraq ağır xəsarət yetirib Şamaxı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
16 Sentyabr , 2021 01:56
Şamaxıda avtomobil yolu keçən qadını vuraraq ağır xəsarət yetirib

Şamaxı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Babaverdiyeva Azadə Şahbaz qızı yolu keçərkən avtomobil onu vurub. O, təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı A.Babaverdiyevaya qarının küt travması, sol bud sümüyünün açıq sınığı və sağ baldır sümüyünün qapalı sınığı diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi