Şamaxıda restoran sahibi 4000 manat cərimələnib

Şamaxıda restoran sahibi 4000 manat cərimələnib Şamaxıda restoran sahibi 4 min manat cərimələnib.
Hadisə
10 Avqust , 2021 15:50
Şamaxıda restoran sahibi 4000 manat cərimələnib
0 : 00
0 : 00

Şamaxıda restoran sahibi 4 min manat cərimələnib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı rayonun Dədəgünəş kəndində yerləşən “Zirvə” restoranında karantin qaydalarının pozulması halları aşkarlanıb.

Obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı restoranın sahibi Müşfiq Məmmədov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi