Bakıda piyadanın xəsarət alması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, “Şamaxinka” adlanan ərazidə 10 yaşlı qaraçı uşaq, Dərvişov Həsən Knyaz oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baldır sümüklərinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.