Samuxda 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Samuxda 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB Samuxda 37 yaşlı kişi bıçaqlanıb.
Hadisə
18 Noyabr , 2022 21:12
Samuxda 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Samux rayonunda 37 yaşlı şəxsi bıçaqlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun "Report"un Qərb bürosuna verdiyi məlumata görə, Samux Rayon Polis Şöbəsinə Goranboy rayon sakini Elçin Qurbanovun daxilə keçməyən bıçaq xəsarəti alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini B.Məmmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bıçaq xəsarəti alan E.Qurbanov Samux rayonunda fermada mal-qaraya nəzarət edən şəxs olub. Hadisəni törətməkdə şübhəli bilinən də onunla bərabər həmin fermada çalışanlardan biridir.

19:50

Samuxda 37 yaşlı kişi bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1985-ci il təvəllüdlü E.Qurbanov mübahisə zəminində 2 bıçaq xəsarəti alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi