Samuxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayon mərkəzində baş verib.
Avtomobil gənc oğlanı vurub. Ağır xəsarətlər alan yaralı xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.