Samuxda ər və arvad yol qəzasında xəsarət alıb - YENİLƏNİB

Samuxda ər və arvad yol qəzasında xəsarət alıb - YENİLƏNİB Samux rayonunda iki avtomobil toqquşub, bir neçə nəfər xəsarət alıb.
Hadisə
2 Noyabr , 2022 08:28
Samuxda ər və arvad yol qəzasında xəsarət alıb - YENİLƏNİB

Samux rayonunda iki avtomobilin toqquşması nəticəsində ər və arvad xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, yol qəzasında 1955-ci il təvəllüdlü G. Qurabanov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü A. Qurbanova yaralanıb.

Onların vəziyyəti kafi və orta-ağır olaraq qaldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

08:02

Samux rayonunda iki avtomobil toqquşub, bir neçə nəfər xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zazalı kənd yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan ikisi Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Qəzanın baş vermə səbəbləri və xəsarət alanların şəxsiyyəti araşdırılır.

Son xəbərlər

Orphus sistemi