Samuxda avtomobildən 3 kiloqramdan çox marixuana aşkarlanıb

Samuxda avtomobildən 3 kiloqramdan çox marixuana aşkarlanıb Gəncə sakinin idarə etdiyi "VAZ" markalı avtomobildə marixuana ələ keçirilib.
Hadisə
20 May , 2022 01:32
Samuxda avtomobildən 3 kiloqramdan çox marixuana aşkarlanıb

Gəncə sakinin idarə etdiyi "VAZ" markalı avtomobildə marixuana ələ keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini, N.Musayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobilə baxış zamanı oradan 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, N.Musayev əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi