Samuxda evdə partlayış olub, xəsarət alanlar var 

Samuxda evdə partlayış olub, xəsarət alanlar var  Samux rayonunda evdə qaz sızması nəticəsində partlayış olub.
Hadisə
3 Aprel , 2022 16:29
Samuxda evdə partlayış olub, xəsarət alanlar var 

Samux rayonunda evdə qaz sızması nəticəsində partlayış olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Ziyadlı kəndində qaz sızması nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində 1937-ci il təvəllüdlü S.Ağayeva və nəvəsi, 1993-cü il təvəllüdlü H.Ağayev müxtəlif bədən xəsarətləri alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi