Samuxda FHN əməkdaşı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Samuxda FHN əməkdaşı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb Samuxda yanğınsöndürməyə gedən FHN-nin əməkdaşı ehtiyatsızlıqdan maşından yıxılaraq ağır xəsarət alıb.
Hadisə
25 Fevral , 2022 19:16
Samuxda FHN əməkdaşı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Samuxda Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində baş vermiş yanğının söndürülməsi üçün əraziyə gedən Fövqəladə Hallar Nazirliyinin Samux rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı, 1991-ci il təvəllüdlü T.Məmmədov ağır kəllə-beyin travması alıb və özəl xəstəxanaların birinə yerləşdirilib.

Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi